AzizA

AzizA İdman 6-04-2026, 10:15

İngiltərədə futbol agentlərinə ən çox pul verən komandalar: “Çelsi” birincidir

İngiltərədə futbol agentlərinə ən çox pul verən komandalar: “Çelsi” birincidir

İngiltərə Futbol Assosiasiyası (FA) 2025-ci ilin fevral ayından 2026-cı ilin fevral ayına qədər olan rəqəmləri açıqlayıb. Bu rəqəmlərə görə, həmin dövrdə Premyer Liqa klubları agentlərə 460 milyon funt sterlinqdən çox pul köçürüb.

Loading.az-ın xarici mediaya istinadən xəbərinə görə, "Çelsi" agentlərə 65 milyon funt sterlinq ödəyərək bu göstəricidə hamını qabaqlayıb.

Siyahıda növbəti yerdə agentlərə 38,4 milyon funt sterlinq xərcləyən “Aston Villa” qərarlaşıb. Onları “Mançester Siti” (37,36 milyon funt sterlinq),“Liverpul” (33,88 milyon funt sterlinq), “Arsenal” (32,15 milyon funt sterlinq), “Mançester Yunayted” (31,78 milyon funt sterlinq), “Vulverhempton” (25,96 milyon funt sterlinq), “Tottenhem” (21,38 milyon funt sterlinq) və digərləri izləyir.

"Bernli" Premyer Liqa klubları arasında sonuncu yeri tutaraq agentlərə 12 ay ərzində 7,36 milyon funt sterlinq ödəyib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
155 128 178 165 176 125

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.