Balıq yağı haqqında bilinməsi lazım olanlar

Balıq yağı bədənimizə niyə lazımdır?
Balıq yağı çatışmazsa bədəndə nələr müşahidə olunur?
Balıq yağı seçkisində və istehlakında xüsusilə nələrə diqqət etmək lazımdır?
Balıq yağı nədir?
Balıq yağı insan bədəninin öz-özünə istehsal etməyib , kənardan qidalarla alması lazım olan əhəmiyyətli iki əsas yağ turşusu EPA və DHA-nın(omeqa-3) ən əhəmiyyətli qaynağıdır. Yağlı soyuq su hövzəsi balıqlarında bol miqdarda tapılar.
Balıq yeməyənlər üçün orqanizmi möhkəmlətmə forması kimi əvəzsizdir.
Balıq yağı niyə lazımdır?
Balıq yağı , xüsusilə də omeqa 3 yağ turşuları , mental və fiziki sağlamlıq üçün lazımlıdır. EPA ürək sağlamlığınızı qoruyarkən , DHA sinir hüceyrə toxumalarını meydana gətirib normal beyin inkişafında mühüm rol oynayır.
Araşdırmalar omeqa 3 yağ turşularının ürək xəstəliyi , vuruş, xərçəng , revmatoid artrit və digər immun (immunitet sistemi) xəstəlikləri riskini də azaltdığını göstərir.
Yüksək xolestrol , şəkər xəstəliyi , adət əvvəli sindrom , ürək-damar xəstəliyi , depressiya , yaddaş itkisi , diqqət əskikliyi , hiperaktivlik sindromu , insilin müqaviməti olanlar balıq yağında olan omeqa 3-ün faydası danılmazdır.
Omeqa 3 əskikliyində hansı əlamətlər müşahidə olunur ?
Qeyri-kafi omeqa - 3 yağ turşuları istehlakı yuxarıda saydığımız iltihab xəstəliklərə zəmin hazırlayar. Digər hallar həddindən artıq susama , tez-tez sidiyə çıxma , quru dəri və quru saçdır .
Bir yetkin insanın nə qədər , hansı tipdə omeqa 3-ə ehtiyacı vardır ?
Həftədə 2-3 dəfə təbii mühitdə yetişmiş yağlı soyuq su hövzəsi balıqlarından istehlak etmənizi təklif edirik. Əgər balıq yağı möhkəmlətməsi istifadə edirsinizsə , gündə 2 qram tərkibində həm EPA, həm də DHA olan kapsula alın .
Molekulyar olaraq civə kimi ağır metallardan təmizlənmiş məhsulları istifadə etməlisiniz.
Hamilə bir qadının nə qədər və hansı qaynaqdan omeqa - 3 almağa ehtiyacı vardır ?
Çox analara məlumdur ki, tərkibində yüksək miqdarda civə olan məhsullar körpənin beyin inkişafına üzərində mənfi təsir göstərir. Və aşağı omeqa - 3 istehlakı də eyni dərəcədə beyin inkişafını mənfi olaraq təsir edər. 12 min hamilə qadın üzərində edilən bir iş , həftədə iki və ya daha çox balıq yeyən anaların uşaqlarının zəka , davranış və inkişaf testlərində daha çox müvəffəqiyyət göstərdiyini ortaya qoydu. Harvard Universitetində edilmiş bir başqa işdə isə həftədə iki dəfə balıq yeyən anaların körpələrində altıncı aydan aləmi vizual tanıması hallarının olduqca yüksək olduğu məlum oldu . Hamilələr və əmizdirən anaların izləyəcəyi ən sağlam yol , həftədə iki dəfə daha çox tərkibində omeqa 3 , daha az civə olan somon , sardina , siyənək kimi balıqları qəbul etmək olacaq.
Bir uşağın nə qədər omeqa - 3-ə ehtiyacı vardır ?
Xüsusilə hiperaktivlik sindromu olan uşaqlarda simptomların şiddətini azaltmaq üçün 1-3 qram balıq yağı istifadə edərlər. Ancaq təsirli doza qəti deyil və həkim nəzarəti altında istifadə edilməlidir.
Omega - 3-ün çox istehlakının riski varmı?
Çox yüksək miqdarda omeqa 3 alışı ('' Eskimo miqdarı '' olaraq adlandırılar ) qanama riskini artırır ( burun qanaması , sidikdə qan) .
Omeqa -3 alarkən diqqət edilməsi lazım olan xüsusi vəziyyətlər vardırmı?
Doğuşdan qanama pozuqluğu olan , qan durulducu dərman istifadə edən və ya yaxın zamanda cərrahı əməliyyat keçirəcək kəslər balıq yağından istifadə etməməlidir.
Hamilələr və ya əmizdirən analar civə tərkibi yüksək olan balıqları yeməməli və civə olmayan , molekulyar distillə formada balıq yağından istifadə etməlidirlər.
Redaktə etdi:Meley0001






