24 saatda cəmi 15 gəmi: Hörmüzdə vəziyyət ağırlaşır
İran hakimiyyətinin təsdiqindən sonra son 24 saat ərzində Hörmüz boğazından cəmi 15 gəmi keçib. Sun.Az xəbər verir ki, bu barədə Fars xəbər agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, bu göstərici ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarından əvvəlki dövrlə müqayisədə 90 faiz azdır.






