"Türk Axını" ətrafında gərginlik: Polşadan sərt mesaj
Polşanın xarici işlər naziri Radoslav Sikorski "Türk Axını" qaz kəmərinin bir hissəsinə qarşı hücumun qarşısının alınmasını "şübhəli dərəcədə şanslı təsadüf" adlandırıb. Sun.Az xəbər verir ki, o, bu barədə X sosial media platformasındakı paylaşımında bildirib.
Siyasətçi Macarıstanın Baş naziri Viktor Orbanın hücumun qarşısının alındığını elan etdiyi paylaşımına cavab olaraq "şübhəli dərəcədə şanslı təsadüf" ifadəsini işlədib.
Nazirin bu fikirlə Macarıstanda bu həftə keçiriləcək və Orbanın da iştirak edəcəyi parlament seçkilərinə eyham vurduğu ehtimal olunur.






