Avropa Birliyində Ukrayna müzakirəsi dərinləşir
Ukraynaya Avropa Birliyinə tamhüquqlu üzvlük verilməsi məqsədəuyğun hesab olunmur. Bildirilir ki, bu addım birliyin mövcudluğunu təhlükə altına qoya bilər. Sun.Az xarici mediaya istinadən xəbər verir ki, bu fikir Avropa mühafizəkarları tərəfindən səsləndirilib.
Məqalədə qeyd olunur ki, 2026-cı ilin əvvəlindən Drujba boru kəməri ətrafında davam edən mübahisələr Mərkəzi Avropanın enerji baxımından nə qədər həssas olduğunu göstərir. Tranzit ölkələrin enerji marşrutlarını siyasi təzyiq vasitəsi kimi istifadə etməsi region üçün ciddi risklər yaradır.
Nəşr vurğulayır ki, əgər Ukrayna Avropa Birliyinə üzv olmadan əvvəl belə enerji təchizatından təzyiq aləti kimi istifadə edirsə, üzvlükdən sonra bu imkanlar daha da genişlənə bilər.
Qeyd olunur ki, Kiyev Avropa üçün strateji tərəfdaş ola bilər, lakin onun birliyə qəbul edilməsi təşkilat üçün ciddi risklər yaradır və bu məsələ birliyin gələcəyi baxımından həlledici hesab olunur.






