AzizA

AzizA Maraqlı 9-04-2026, 09:30

Yalnız ağıllı adamlar bu duyğunu hiss edir - Alimlərin KƏŞFİ

Yalnız ağıllı adamlar bu duyğunu hiss edir - Alimlərin KƏŞFİ

Yüksək intellektin bir çox üstünlükləri var, lakin çatışmazlıqları da mövcuddur. Fəlsəfə doktoru, professor Bobbi Hoffman qeyd edib ki, yüksək IQ-ya malik insanlar özlərinə heç vaxt çata bilməyəcəkləri, yerinə yetirilməsi mümkün olmayan tələblər qoya bilərlər.

Loading.az-ın xarici mediaya istinadla məlumatına görə, məlum olub ki, yüksək intellektə malik insanlar adətən güclü utanc hissi yaşayırlar və bu da onların tənhalıq hissini daha da artırır.

Onlar kifayət qədər geniş yayılmış bu emosiyanı tamamilə fərqli şəkildə yaşayırlar və bu da onu qəbul etməyi orta statistik insana nisbətən daha çətin edir.

İnsanlar utanc hissi keçirəndə, daha çox təcrid olunmağa meyilli olurlar, özlərini qalan dünyadan daha da uzaq hiss edirlər və bununla da bir növ qapalı (pis) dövr yaranır.

“İnsan eyni anda özünü bir çox digər insanlardan daha üstün, daha ağıllı və eyni zamanda çox yadlaşmış kimi hiss edə bilər. Sanki nəsə qaydasında deyil, buna görə də digər insanlar onunla ünsiyyət qurmaq istəmir və bu zaman özünü çox tənha hiss edir”, – tədqiqatın müəllifləri deyirlər.

Görünür ki, yüksək intellektə malik insanlar dərin alçaldılma hissi yaşamağa meyilli olurlar. Belə insanlar öz həqiqi mahiyyətlərini gizlətməyi öyrənirlər, çünki dünya onlar üçün uyğun bir mühit yarada bilmir. Bu isə öz növbəsində “saxtakar sindromu”na və tənhalığa gətirib çıxarır.

Yüksək intellektə malik insanlar utanc hissini onun haqqında açıq və birbaşa danışaraq aradan qaldıra bilərlər. Dəstək axtarmaq və müsbət daxili dialoq aparmaq bundan azad olmağın yollarıdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
169 130 145 159 145 133

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.