ice berg

ice berg Məşhurlar 7-04-2026, 16:35

İbrahim Tatlıses xəstəxanaya yerləşdirildi

İbrahim Tatlıses xəstəxanaya yerləşdirildi

Türk musiqisinin tanınmış siması İbrahim Tatlıses xaricdə verdiyi konsertlərdən sonra İstanbuldakı evində qəfil halı pisləşərək xəstəxanaya aparılıb. İlkin məlumatlara görə, sənətçinin ağır virus infeksiyasına yoluxduğu ehtimal olunur.

 

Loading.aZ Türkiyə mediasına istinadla xəbər verir ki, hazırda onun vəziyyəti nəzarət altındadır və həkimlər müalicə prosesini yaxından izləyirlər.

 

Bununla yanaşı, sənətçinin hansı virusa yoluxduğu ilə bağlı rəsmi açıqlama hələ verilməyib. Həkimlərin qərarına əsasən, onun bir müddət müşahidə altında saxlanıla biləcəyi qeyd olunur.

 

Xatırladaq ki, İbrahim Tatlıses 2011-ci ildə silahlı hücuma məruz qaldıqdan sonra uzun müddət müalicə almış və reabilitasiya prosesi keçmişdi. Buna baxmayaraq, o, sonradan yenidən səhnəyə qayıdaraq fəaliyyətini davam etdirmişdi. Hazırda sənətçinin son durumu pərəstişkarları tərəfindən diqqətlə izlənilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
121 164 191 173 147 159

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.