ice berg

ice berg Xəbərlər 8-04-2026, 12:12

Türkiyədə uşaqlara sosial şəbəkəni qadağan edir

Türkiyədə uşaqlara sosial şəbəkəni qadağan edir

Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkə istifadəsi qadağan edilir.

 

Loading.az Türkiyə mediasına istinadla xəbər verir ki, ədliyyə naziri Akın Gürlekin sözlərinə görə qanuna əsasən, yaxın 3 ay ərzində sosial mediaya giriş yalnız şəxsiyyət təsdiqi ilə mümkün olacaq.

 

Yeni tənzimləmələrə görə, 15 yaşdan kiçik uşaqlar üçün sosial media istifadəsi qadağan ediləcək. Platformalar istifadəçilərin yaşını təsdiqləmək üçün xüsusi sistemlər tətbiq etməyə məcbur olacaq. 15 yaşdan yuxarı istifadəçilər üçün isə daha təhlükəsiz və fərdiləşdirilmiş xidmətlər təqdim olunacaq.

 

Bununla yanaşı, valideyn nəzarəti alətləri məcburi olacaq. Bu alətlər vasitəsilə valideynlər hesabların idarə olunması, istifadə müddətinin məhdudlaşdırılması və xərclərə nəzarət kimi funksiyalardan yararlana biləcəklər.

 

Qanun layihəsində həmçinin aldadıcı reklamların qadağan olunması da nəzərdə tutulur. Böyük sosial media platformaları üçün isə daha sərt qaydalar tətbiq ediləcək. Xüsusilə təcili qərarların 1 saat ərzində icra olunması tələbi irəli sürülür.

 

Qaydaları pozan platformalara qarşı reklam qadağası və maliyyə məhdudiyyətləri kimi sanksiyalar tətbiq ediləcək.

 

Qeyd olunur ki, bu dəyişikliklər sosial media mühitində təhlükəsizliyin artırılması və istifadəçilərin daha yaxşı qorunması məqsədi daşıyır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
129 136 135 125 124 131

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.