Lusi

Lusi İdman 1-11-2017, 17:09

"Qarabağ"ın növbəti möhtəşəm sürprizi

"Qarabağ"ın növbəti möhtəşəm sürprizi




Oktyabrın 31-də Ağdamın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunda Madriddə “Atletiko” komandası ilə qarşılaşıb.

ATV.az xəbər verir ki, “Qarabağ”ın start heyətində meydana İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Pedro Enrike, Rəşad Sadıqov, Riçard Almeyda, Ansi Aqolli, Yakub Jezniçak, Donald Gerye və Ramil Şeydayev çıxıblar.

“Atletiko”nun ilk onbirliyində isə Yan Oblak, Dieqo Qodin, Filipe Luis, Tomas Parte, Antuan Qrizman, Saul Nigez, Anxel Korrea, Qabi, Stefan Saviç, Xuanfran və Kevin Qameyro yer alıblar.

Matçın 40-cı dəqiqəsində “Qarabağ” komandası hesabı açıb. Künc zərbəsindən ötürülən topa başla dəqiq zərbə endirən Miçel komandasını hesabda irəli çıxarıb – 1:0.

Oyunun ilk hissəsi “Qarabağ” klubunun 1:0 hesablı üstünlüyü ilə başa çatıb.

İkinci hissədə hesabı bərabərləşdirmək üçün təzyiqi artıran “Atletiko” futbolçuları 56-cı dəqiqədə istəklərinə çatıblar. Tomas Parte qüvvətli zərbə ilə topu doqquzluğa göndərərək hesabı bərabərləşdirib – 1:1. Oyunun son dəqiqələrində “Atletiko” futbolçularının ardıcıl hücumları qarşısında inamla müdafiə olunan “Qarabağ” komandası UEFA Çempionlar Liqasında ilk səfər xalını aktivinə yazdıra bilib. Beləliklə, səfərdə 1:1 hesablı sərfəli nəticəyə nail olan Ağdam təmsilçisi Bakıda olduğu kimi, səfərdə də “Atletiko” komandasından 1 xal alıb.

Onu da xatırladaq ki, bu komandalar arasında Bakıda keçirilən görüş qolsuz heç-heçə ilə başa çatıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
730 596 553 571 563 539

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.