ice berg

ice berg Maraqlı 11-04-2026, 12:12

Bu ölkədə heç kim siqnal vermir

Bu ölkədə heç kim siqnal vermir

Dünyanın ən maraqlı nəqliyyat sistemlərindən biri Cənubi Asiya regionunda, Çinlə Hindistan arasında yerləşən Butanda müşahidə olunur.

 

Loading.aZ xəbər verir ki, bu ölkədə yol hərəkəti qaydalarını tənzimləyən işıqfor yoxdur. Maraqlısı isə odur ki, Butanda sürücülər heç vaxt siqnaldan istifadə etmir. Hətta səbəbsiz siqnal vermək qadağan edilib və bu qayda ciddi şəkildə qorunur. Buna baxmayaraq, ölkədə nəqliyyatın nizamı pozulmur və yollar kifayət qədər təhlükəsiz sayılır. Butanlı sürücülər biri-birilərinə hörmətlə yanaşır və xüsusi səbir nümayiş etdirirlər.

 

1995-ci ildə ölkədə işıqfor quraşdırılsa da, sakinlərin narazılığı səbəbindən qısa müddətdə sökülüb. İnsanlar avtomatlaşdırılmış sistem əvəzinə canlı nəzarətə üstünlük verirlər. Bu gün paytaxt Tximpuda və digər ərazilərdə yol hərəkəti əsasən polis əməkdaşları tərəfindən əl ilə tənzimlənir. Onların xüsusi jest və hərəkətləri ilə idarə etdiyi bu sistem illərdir uğurla işləyir.

 

Butandakı bu model yüksək sürücülük mədəniyyətinin göstəricisidir. Qaydaların sadə olmasına baxmayaraq, insanların məsuliyyətli davranışı nəqliyyatda nizam yaradır. Ölkədə aşağı sürət həddi və sakit həyat tərzi də bu sistemin işləməsinə kömək edir. Bu səbəbdən Butan tez-tez “ən səbirli sürücülərin ölkəsi” kimi tanınır və dünyaya fərqli bir nümunə kimi göstərilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
151 127 142 149 136 131

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.