Tramp açıqladı: İran limanlarına giriş-çıxış bağlanır
ABŞ 13 aprel tarixində, Bakı vaxtı ilə saat 17:00-dan etibarən Hörmüz üzərindən keçən hərəkətə məhdudiyyət tətbiq edəcək. Sun.Az xəbər verir ki, ABŞ Prezidenti Donald Trump bu barədə özünün Truth Social hesabında məlumat paylaşıb.
"ABŞ 13 aprel saat 17:00-dan etibarən İran limanlarına daxil olan və həmin limanlardan çıxan gəmilərin hərəkətini məhdudlaşdıracaq. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm", - deyə Ağ Ev rəhbəri bildirib.






