ice berg

ice berg Moda.Dəb 15-04-2026, 19:00

70-ci illərin üslubunda şalvarlar yenidən dəbdə

70-ci illərin üslubunda şalvarlar yenidən dəbdə

"Vogue" jurnalının redaktorları 1970-ci illərdə məşhur olan və bu yaz yenidən podiumlara qayıdan şalvar modellərinin siyahısını təqdim ediblər. 

 

Loading.aZ xarici KİV-ə istinadən xəbər verir ki, mövsümün favoritləri arasında sakit və neytral tonlarda, axıcı parçalardan tikilmiş kloş (aşağıdan genişlənən) şalvarlar yer alır. Məhz bu cür modelləri məşhur Ralph Lauren və Celine brendlərinin kolleksiyalarında görmək mümkündür.


Bununla yanaşı, boho-şık üslubunda cins şalvarlar da yenidən böyük populyarlıq qazanıb. Bu üslub “Sevgi yayı” (hippi mədəniyyətinin çiçəkləndiyi dövr) ilə sıx bağlıdır. Vaxtilə bu tip modelləri əfsanəvi Elvis Preslinin həyat yoldaşı Priscilla Presley də geyinirdi. "Vogue"un trend siyahısına həmçinin yüksək bel klassik şalvarlar və şaquli zolaqlı, aşağıdan genişlənən modellər də daxildir.

70-ci illərin üslubunda şalvarlar yenidən dəbdə

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
166 138 160 177 189 122

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.