3 noyabr üçün astroloji proqnoz
[center]QoçSəhər işləri nizamlamağı bacaracaqsınız. Sizi əhəmiyyətli məsələlərə fokuslanmaqdan yayındıran hər şeydən qurtulmağa çalışın. Boş danışıqlardan və mübahisələrdən çəkinin. Bir neçə saat ərzində siz nəinki çox işin öhdəsindən gələcəksiniz , hem də necə hərəkət etməli olduğunuzu anlayacaqsınız.
Günün ikinci yarısı ünsiyyət üçün əlverişlidir. Bu zaman siz müxtəlif insanlarla ümumi dil tapacaq, sizi manipulyasiya etməyə çalışan insanalrdan qurtulacaqsınız. Qısa səfərlər yaxşı formalaşır.
Buğa
Günün başlanğıcında çətinliklər yarana bilərlər. İstənilən işin öhdəsindən gəlmək siz güman etdiyinizdən də çətin ola bilər. Kolleqalarla münaqişələr istisna edilməmişdir. Mübahisələr boş şeylərə görə başlanır, amma zamanla ciddi xarakter alır . Başqa insanalrın səhvlərini düzəltmək lazım olacaq və bu çox vaxtınızı alacaq.
Günün ikinci yarısı adət edilmiş işlər üçün daha əlverişlidir. Belə iş darıxdırıcı, yorucu olmur və əla nəticələr verir.
Əkizlər
Bu gün çox xoş anlar gətirəcək. O insanlarla ünsiyyət üçün əla yarayır. Əvvəl ümumi dil tapmağa müvəffəq olmadığınız insanlarla bir-birinizi yarımsözdən anlayacaqsınız. Münaqişələrə son qoyulacaq. Dostlarla ünsiyyət xüsusilə çox pozitiv emosiyalari hədiyyə edir. Onlar sizi sevindirməyin üsulunu tapacaqlar.
Peşəkar sferada müsbət dəyişikliklər ehtimal ediləndir. Gözlənilməz işgüzar təkliflər ala bilmək şansınız var. Karyerada yüksəliş mümkündür.
Xərçəng
Gün çox yaxşı keçəcək. Əgər siz işə fokuslansanız, əhəmiyyətli və mürəkkəb işləri həll edə biləcəksiniz. Müvəffəqiyyətli işgüzar danışıqlar mümkündür. Yeni tanışlarda sizin bilikləriniz və təcrübəniz güclü təəssürat yaradır.Şəxsi keyfiyyətləriniz nəzərdən qaçmayacaq. Siz çoxunun xoşuna gəlirsiniz.
İşgüzar duyğu çox kəskin olacaq. O sizi pis vəziyyətdə qoymayacaq. İstənilən maliyyə məsələlərini siz tez və düzgün həll edirsiniz .
Şir
Gün bir-birinə zidd və gərgin olacaq. Sizləri işlərinizi nizamalamaq istəsəniz də bu alınmayacaq. Xaos və nizamsızlıq yaranır.Bəzən ən adi mübahisələrdə belə öz nöqteyi-nəzərinizi müdafiə etmək lazım olur. Əhatənizdəki insanalr sizi gec anlayacaqlar.
Pul daxil olmaları ehtimal ediləndir.Almaları təxirə salmayın, bu gün onlar çox uğurlu olacaq. Yaxınlarlarınızı hədiyyələrə sevindirmək şansınız olacaq.
Qız
Gün uğurlu olacaq. Siz sakitsiniz, boş şeylərə görə narahat olmursunuz və düzgün qərarlar qəbul edirsiniz.Sizə müvəffəqiyyət qazanmaq asan olacaq. Tanışlar sizə kömək üçün müraciət edirlər. Siz hamıya kömək edirsiniz, şəxsi maraqlarınızı da unutmursunuz.
Romantik davamını alacaq tanışlıqlar mümkündür. Sevdiyiniz insana doğru ilk addımı ata bilərsiniz.Hisslərinizi etiraf edin. Axşam səfərə yola düşmək arzu edilməyəndir, xoşagəlməz hadisələr istisna edilməmişdir.
Tərəzi
İntuisiya çox məsələləri həll etməyə kömək edir. Etibarlı mənbələrdən faydalı məlumat almaq şansınız olacaq. Təcrübəsinə etibar etdiyiniz insanalrdan məsləhət almaq olar. Ətrafda baş verən hər şeyə real baxmaq, göylərdə uçmamaq əhəmiyyətlidir.
Bəzi Tərəzilər düşünülməmiş hərəkətlər etməyə,həyatlarını kardinal dəyişdirməyə meyllidirlər. Vəziyyəti düzgün qymətləndirin və risk etməyin.
Əqrəb
Narahat gündür. Siz enerjilisiniz, çox şey etməyə çalışırsınız və öz hərəkətlərinizi ölçüb biçmirsiniz, buna görə səhvlərə yol verirsiniz. Asan yolu qoyub çətin yollarda çıxış axtarırsınız..
Günün ikinci yarısı xoş gözlənilməzliklərlə doludur. Siz çoxdan arzu etdiyiniz işləri həll edəcəksiniz. Ailə işlərini unutmayın: qohumlara sizin köməyiniz lazım ola bilər.
Oxatan
Tələsməyin. Bu gün sizə sadəcə fikirlərlərinizi toplamaq üçün bir neçə saat lazım ola bilər. Ətrafınızdakıları sizin ləngliyiniz təəccübləndirəcək. Günortadan sonra işlərə fokuslanmaq daha asan olacaq.
Qeyri-adi insanlarla görüşlər , tanışlıqlar mümkündür .Onların davamı olacaq. Səmimiyyətiniz ətrafınızdakı insanalrın ürəyini fəth etməyə kömək edəcək. Axşam ailə işlərində nizam-intizam yaratmağı bacaracaqsınız.
Oğlaq
Bu gün sizi çətin anlar gözləyir. Siz başqa vaxt diqqət belə yönəltmədiyiniz məsələlərə görə narahat olursunuz. Sürprizlər ,gözlənilməz xoş xəbərlər, həmçinin görüşlər mümkündür.Siz bunlara şad olacaqsınız.
Qeyri-standart məsələr meydana çıxır. Onların həlli üçün uzaq durmağı üstün tutduğunuz insanlara kömək üçün müraciət etməli olursunuz. Əgər siz onların zəifliklərinə güzəştə getsəniz onlarla razılaşmaq daha asan olacaq.
Dolça
Fikir ayrılıqları və mübahisələr mümkündür, amma onlar iş məsələlərinin həllində sizə mane olmayacaqlar.Ən coşqun müzakirələr məhsuldar olur və boş iddialardan konstruktiv müzakirəyə keçmək müvəffəq olur. Köhnə tanışlardan xoş xəbərlər və işgüzar təkliflər almaq ehtimal ediləndir .Pulla bağlı məsələlərdə ehtiyatlı olmaq lazımdır . İtkilər istisna edilməmişdir.Bağlamağı planlaşdırırsınız sazişlər uğursuz ola bilərlər. Köhnə tanışlarla məsləhətləşməyə dəyir.
Balıqlar
Yalnız siz bilirsiniz nə etmək lazımdır. Məsləhət üçün kiməsə müaciət etmək böyük səhv olar. İntuisiyanıza etibar etmək olar. Siz yaranmış vəziyyəti düzgün qiymətləndiirsiniz .
Gün istirahət , qeyri-formal vəziyyətdə ünsiyyətlər üçün yaxşı yarayır. Gözlənilməz səfərlər ehtimal ediləndir, onlar çox əyləncəli olacaqlar, uzun müddət yadda qalacaqlar. Axşam romantik görüş üçün yarayır. Sevdiyiniz insanla söhbət xoş olacaq.
Redaktə etdi:meley0001






