AzizA

AzizA Maraqlı 16-04-2026, 20:30

Uğurlu nömrə: Mənzil ünvanındakı hansı rəqəmlər şans gətirir?

Uğurlu nömrə:  Mənzil ünvanındakı hansı rəqəmlər şans gətirir?


Heç fikir vermisinizmi, bəzi rieltorlar “xüsusi enerjisi olan” mənzilləri necə həvəslə təqdim edirlər? Bu sadəcə marketinq deyil - bu, hər rəqəmin ev sahibinin həyatına təsir edə biləcəyi bir növ “rəqəmlər alkimiyasıdır”.

Loading.az xarici mediaya istinadən xəbər verir ki, alıcıların təxminən 20 faizii mənzil ünvanındakı rəqəmlərin numerologiyasına ciddi yanaşır və bu maraq ildən-ilə artır.

Çin ənənəsi olan fen-şuyda rəqəmlər xüsusi məna daşıyır. Ən uğurlu rəqəm isə 8 hesab olunur - o, sonsuz var-dövlət və rifahın simvoludur. Buna görə də Asiyada tərkibində 8 olan mənzillər daha baha satılır və tikinti şirkətləri belə nömrələrə xüsusi üstünlük verirlər.

Öz uğurlu rəqəminizi necə tapmaq olar?

Mütəxəssislər “taleyin rəqəmi”ni hesablamağı tövsiyə edir. Bunun üçün doğum tarixinizdəki bütün rəqəmləri toplayın və yekunda birrəqəmli ədəd alın.

Məsələn:

14.03.1990 → 1+4+0+3+1+9+9+0 = 27 → 2+7 = 9

Bu halda sizin uğurlu rəqəminiz 9-dur.

Numerologiyaya görə 9:

• müdriklik

• tamamlanma

• mənəvi inkişaf

simvoludur. Bu rəqəmə sahib insanlar üçün uyğun mənzil nömrələri: 9, 18, 27, 36, 45 və s.

Əgər mənzil nömrəsi 6-dırsa, bu:

• ailə istiliyini

• ev rahatlığını

gücləndirən rəqəm hesab olunur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
178 133 118 123 144 157

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.