İsrail və Livan 34 ildən sonra liderlər səviyyəsində danışıqlara başlayır
İsrail və Livan liderlər səviyyəsində danışıqlar aparmağa hazırlaşır. Sun.Az
xəbər verir ki, ABŞ prezidenti Donald Trump sosial media platforması Truth Social hesabında bu görüşün son 34 ildə ilk belə təmas olacağını bildirib.
Onun sözlərinə görə, hazırda komandası iki ölkə arasında davam edən münaqişədə qısa müddətli fasilənin əldə olunması istiqamətində çalışır.
Ağ Ev rəhbəri qeyd edib ki, danışıqlar bu cümə axşamı baş tutacaq: "İki liderin birbaşa danışmasından xeyli vaxt keçib - təxminən 34 il."






