ice berg

ice berg Məsləhətlər 19-04-2026, 07:00

Dişləri nə vaxt fırçalamaq məsləhət görülmür?

Dişləri nə vaxt fırçalamaq məsləhət görülmür?

"Şirin qidalar qəbul etdikdən dərhal sonra dişlərin fırçalanması qətiyyən məsləhət görülmür".

 

Loading.aZ "Deia" nəşrinə istinadən xəbər verir ki, bu barədə stomatoloq Andres Ramires xəbərdarlıq edib.

 

Mütəxəssisin sözlərinə görə, ağız boşluğunda şəkər sürətlə turşuya çevrilir və məhz həmin ərəfədə dişlərin fırçalanması diş minasının aşınmasına səbəb ola bilər.

 

Həkim dişləri təmizləməzdən əvvəl ən azı 30 dəqiqə gözləməyin zəruri olduğunu bildirir. Bununla yanaşı, şirniyyat məhsullarını fasilələrlə deyil, bir dəfəyə qəbul etmək daha düzgün hesab olunur. Belə yanaşma turşuların diş səthinə təsir müddətini azaldır və onların sağlamlığını qoruyur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
151 162 123 137 147 116

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.