Acıyla zəhərlə doldu həyatım
Düşdüm məşəqqətə düşdüm tufana,
Bilməzdim tilsimdi tordu həyatım.
Çalışıb vuruşdum ağ günə çıxım ,
Baxıram eləcə dondu həyatım.
Mən kimə nə etdim kimə neynədim,
Yandı bağrım başı belə göynədim,
Rəbbimə şikayət yazıb söylədim,
Məni nakam belə yordu həyatım.
Sevinib gülmədim inan ürəkdən,
Doymuşam mən daha arzu etməkdən,
Qəlb giley eyləyir sevilməməkdən,
Niyə belə vədəsiz soldu həyatım.
Ümidlər puç oldu əhdlər satılıdı,
Ocağa quru yox yaşlar atılıdı,
Kədər kəməndində qaşlar çatıldı,
Acıyla zəhərlə doldu həyatım.
Azıb cığırlarda tapmadım izi,
Solubdu ruhumun bu cür bənizi,
İlkin lənətə gəlsin elə qədir bilməzi,
Qəm kədərə ortaq oldu həyatım.
İlkin Zahidoğlu






