weher uwagi

weher uwagi Maraqlı 20-04-2026, 10:40

Rəhim bəy Məlikov - 140

Rəhim bəy Məlikov - 140

Azərbaycanın ilk fizika alimi, tanınmış publisist və teatrşünas, milli ali təhsil qurucularından biri, Həsən bəy Zərdabinin (1837-1907) qardaşı oğlu Rəhim bəy, Rusiya imperiyasının Bakı quberniyasının Göyçay qəzasının Zərdab kəndində bu gün - 20 aprel 1886-cı ildə anadan olub. 7 yaşı olanda atası Mehrəli bəy ermənilər tərəfindən öldürülmüşdü. Rəhim bəy əmisinin himayəsi ilə 1906-cı ildə Bakı real gimnaziyasını bitirmiş, onun tövsiyəsi ilə həmin il Rusiya imperiyasının məşhur ali məktəblərindən olan Kazan Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1912-ci ildə həmin universiteti bitirərək Şimali Qafqazın müxtəlif şəhərlərinin məktəb və universitetlərində fizika və riyaziyyatdan dərs demişdir.

Sovet dövrünün ilk illərində doktor Nəriman Nərimanovun (1870-1925) təşəbbüsü ilə Rəhim bəy Məlikov Bakıya dəvət olunmuş, milli ali təhsil quruculuğu işinə cəlb olunmuşdur. Bu illərdə o, ana dilində fizika və riyaziyyat proqramları, dərslikləri, tədris vəsaitləri yaradılması işinin önündə getmiş, ilk peşəkar fizika məktəbinin əsasını qoymuşdur. Rəhim bəy bir sıra ali və orta ixtisas məktəblərində fizika və riyaziyyatdan dərs demiş, tədris prosesini qaydaya salmışdır. Azərbaycanın ilk fizika professoru 1930–1936-cı illərdə Pedaqoji İnstitutun fizika kafedrasının müdiri olmuşdur. O, 1936-cı il 23 fevralda vəfat etmişdir.

Bu unudulmaz şəxsiyyətin 140 illiyi münasibətilə riyaziyyat və fizika sahəsində yorulmadan mütəxəssislər yetişdirən peşə sahiblərini ürəkdən təbrik edirəm.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
130 135 101 146 146 121

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.