AzizA

AzizA Maraqlı 20-04-2026, 21:30

Telefonunuz sizi dinləyir? - Cavab təəccübləndirəcək

Telefonunuz sizi dinləyir? - Cavab təəccübləndirəcək

Bir çox istifadəçi belə bir vəziyyətlə qarşılaşıb. Hansısa mövzu barədə danışdıqdan az sonra həmin mövzu ilə bağlı reklamlar TikTok, "Instagram" və digər platformalarda qarşısına çıxır. Bu isə telefon bizi dinləyir kimi geniş yayılmış fikrin formalaşmasına səbəb olub.

Loading.az xəbər verir ki, reklam sahəsi üzrə mütəxəssislərinin sözlərinə görə smartfonlar istifadəçilərin danışığını reklam məqsədilə daimi şəkildə yazmır və bu məlumatları serverlərə ötürmür.

Belə bir proses üçün lazım olan məlumat həcmi çox böyük olardı və iqtisadi baxımdan səmərəsiz hesab olunur. Bəs onda bu dəqiqlik haradan gəlir? Ekspertlər izah edir ki, reklam sistemləri istifadəçilərin davranışına əsaslanır. Axtarış tarixçəsi, baxılan saytlar, geolokasiya, tətbiq aktivliyi, maraq dairələri və hətta eyni Wi-Fi şəbəkəsində olan digər insanların fəaliyyəti analiz olunur.

Məsələn, ailə üzvlərindən biri internetdə müəyyən məhsul axtarırsa, eyni şəbəkədən istifadə edən digər şəxsin cihazında da həmin məhsulla bağlı reklamların görünməsi mümkündür. Bu isə istifadəçidə “məni dinləyirlər” hissi yaradır.

Müxtəlif tədqiqatlar da göstərir ki, smartfonların gizli şəkildə danışığı yazaraq reklam üçün istifadə etdiyinə dair sübut yoxdur. Əvəzində, istifadəçi davranışını analiz edən alqoritmlər o qədər inkişaf edib ki, sanki insanın fikirlərini oxuyurmuş kimi görünür.

Bununla belə, mütəxəssislər qeyd edir ki, telefon müəyyən hallarda mikrofonu istifadə edir. Məsələn, səsli köməkçi aktiv olduqda və ya tətbiqlərə bu icazə verildikdə mikrofon işləyə bilər.

Bu səbəbdən istifadəçilərə məsləhət görülür ki, məxfilik ayarlarını yoxlasınlar və tətbiqlərin mikrofona çıxışını nəzarətdə saxlasınlar.

Ümumilikdə ekspertlər razılaşır ki, smartfonlar reklam üçün sizi gizli şəkildə dinləmir. Bu hiss daha çox güclü məlumat analizi alqoritmlərinin istifadəçi maraqlarını yüksək dəqiqliklə proqnozlaşdırması ilə bağlıdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
124 133 126 163 112 134

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.