Trampın İran addımı ABŞ-ın qlobal üstünlüyünü bitirdi
ABŞ Prezidenti Donald Trampın İrana qarşı başlatdığı hərbi əməliyyatın Amerikanın qlobal siyasətdə bir əsrlik dominantlığına son qoyduğu iddia edilir. Sun.Az xəbər verir ki, bu barədə Amerika Mühafizəkarlar Təşkilatı açıqlama yayıb.
Açıqlamada bildirilir ki, ABŞ lideri "növbəti 250 il üçün böyük bir dövləti yenidən formalaşdırmaq fürsətini əldən verib".
Məqalədə həmçinin vurğulanır ki, ABŞ yalnız həddindən artıq hərbi xərclərin dağıdıcı təsirlərini anladığı təqdirdə mövcudluğunu qoruyub saxlaya bilər.






