İran ABŞ-a xəbərdarlıq etdi: "Cavab verəcəyik"
İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ABŞ-ı atəşkəsi pozmaqda ittiham edib və Oman körfəzində İran gəmisinin vurulmasına cavab verəcəyini açıqlayıb. Sun.Az xəbər verir ki, bəyanat Tasnim xəbər agentliyi tərəfindən yayılıb.
Bəyanatda deyilir: "Xəbərdarlıq edirik ki, İran silahlı qüvvələri ABŞ-ın bu cinayətkar silahlı piratçılığına qısa müddətdə cavab verəcək və müvafiq tədbirlər görəcək".






