Alleqri "Milan"dakı gələcəyindən DANIŞDI
Massimiliano Alleqri “Milan” komandanın baş məşqçisi vəzifəsində qalmaq niyyətində olduğunu açıqlayıb.
Loading.aZın xarici mediaya istinadən məlumatına görə, 58 yaşlı mütəxəssis "rossonerilər"lə əməkdaşlığını davam etdirmək planlarından danışıb.
"Gələcəyim “Milanla”dır. Burada yeni bir fəslə başladıq və birlikdə irəliləməyə davam edəcəyik", - Alleqri söyləyib.
Qeyd etmək lazımdır ki, Alleqri bu mövsüm başlamazdan əvvəl “Milan”a qayıdıb. Məşqçinin klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Hazırda "rossonerilər" 66 xalla Seriya A-nın turnir cədvəlində ikinci yerdədir və beş tur qalmış lider "İnter"dən 12 xal geri qalır.







