ice berg

ice berg Məsləhətlər 23-04-2026, 20:00

Çarpayı örtükləri neçə dərəcədə yuyulmalıdır? - Mütəxəssisdən xəbərdarlıq

Çarpayı örtükləri neçə dərəcədə yuyulmalıdır? - Mütəxəssisdən xəbərdarlıq

Mütəxəssislər yaz mövsümündə artan allergik problemlərə görə yataq gigiyenasına xüsusi diqqət yetirilməli olduğunu bildirir.

 

Loading.aZ xəbər verir ki, yuxu mütəxəssisi Endryu Sidin sözlərinə görə, çarpayı örtüklərinin 40 dərəcədə yuyulması bakteriya, toz gənələri və polenlərin tam təmizlənməsi üçün kifayət deyil.

 

O qeyd edib ki, yataq dəstləri ən azı 60 dərəcədə yuyulmalıdır. Bu temperatur mikrobların və allergenlərin effektiv şəkildə məhv olunmasına kömək edir. Mütəxəssis örtüklərin iki həftədən bir yuyulmasını, allergiyası olan şəxslərdə isə bu müddətin daha qısa olmasını tövsiyə edib.

 

Həmçinin vurğulanır ki, yorganlar da mütəmadi olaraq təmizlənməlidir, lakin əvvəlcə onların maşında yuyulmağa uyğun olub-olmadığı yoxlanmalıdır.

 

Mütəxəssislər bildirir ki, yataq gigiyenası keyfiyyətli yuxu üçün əsas amillərdən biridir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
137 99 116 159 140 150

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.