AzizA

AzizA Dəri və saç 23-04-2026, 08:30

Makiyaj dərini günəşdən qorumur - Xəbərdarlıq

Makiyaj dərini günəşdən qorumur - Xəbərdarlıq

Ekspertlər xəbərdarlıq edirlər ki, makiyaj günəşdən kifayət qədər qorunmanı əvəz edə bilməz, ultrabənövşəyi şüalanmanın təsiri isə dərinin qocalmasını sürətləndirir və onkoloji xəstəliklər riskini artırır.

Loading.az xəbər verir ki, isveçli dermatoloq Şivan Dilşadın sözlərinə görə, günəşdən zərər tədricən yığılır və yalnız illər sonra nəzərəçarpan hala gələ bilər, bu da gənclər arasında onun qarşısının alınmasını xüsusilə çətinləşdirir. “Qışdan sonra bir çox insanlar qaralmaq istəyir, lakin günəş şüaları hələ o qədər də güclü olmasa belə, artıq indi ehtiyatlı olmaq vacibdir”, - deyə dermatoloq vurğulayır.

Mütəxəssislər, həmçinin qeyd edirlər ki, dəri yalnız günəş altında qaralmadan zədələnmir. Ultrabənövşəyi şüalanma qırışların, yaş ləkələrinin yaranmasına səbəb olur, melanoma və skuamöz hüceyrəli karsinoma da daxil olmaqla dəri xərçəngi riskini artırır.

Sosial mediada məşhur trendlərə xüsusi diqqət yetirilir. “Verian” şirkətinin apardığı araşdırmaya görə, 18-29 yaş arası qadınların təxminən 20 faizi hesab edir ki, günəş şüalarının yüksək olduğu dövrlərdə qaralmaq daha məsləhətdir.

Ekspertlər vurğulayırlar ki, əksər kosmetik vasitələrin SPF qoruma səviyyəsi 10-15-dir və bu, dərini effektiv şəkildə qorumaq üçün kifayət deyil. SPF-i ən azı 30-a bərabər günəşdən qoruyucu vasitələrdən istifadə etmək, onları bol miqdarda çəkmək və gün ərzində yeniləmək tövsiyə olunur.

Mütəxəssislər əsas qoruyucu tədbirlər kimi kölgədə qalmağı, qoruyucu geyim geyinməyi və ultrabənövşəyi şüaların pik saatlarında günəş altında qalma vaxtnıı məhdudlaşdırmağı tövsiyə edirlər. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
150 150 147 130 144 156

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.