AzizA

AzizA İdman 23-04-2026, 12:30

Qomis “Qalatasaray”a qayıdır

Qomis “Qalatasaray”a qayıdır

Türkiyənin "Qalatasaray" futbol klubunda may ayında keçiriləcək növbəti seçkili ümumi yığıncaqdan əvvəl klubun idarəçilik strukturunda ciddi dəyişikliklər planlaşdırılır.

Loading.Az bildirir ki, jurnalist Ali Naci Küçükün yaydığı məlumata görə, bu dəyişikliklər çərçivəsində "sarı-qırmızılı" azarkeşlərin sevimlisinə çevrilmiş keçmiş hücumçu Bafetimbi Qomisin kluba geri qaytarılması nəzərdə tutulur.

Məlumata görə, Qomislə yanaşı, keçmiş idarəçi Cenk Ergün də geri dönərək idman direktoru postunu tutacaq. 40 yaşlı Qomisin isə bu yeni strukturda inzibati vəzifə icra edəcəyi bildirilir. Bu addım klubun həm beynəlxalq əlaqələrini gücləndirmək, həm də azarkeşlərlə bağları daha da sıxlaşdırmaq məqsədi daşıyır.

Fransız ulduz 2017-2018 və 2022-2023-cü illərdə olmaqla iki fərqli dövrdə "Qalatasaray" formasını geyinib. O, sarı-qırmızılı komandada keçirdiyi 86 rəsmi oyunda 51 qol vurub və doqquz məhsuldar ötürmə ilə yadda qalıb. Qomis qazanılan çempionluqlarda əsas pay sahiblərindən biri olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
148 143 163 111 119 120

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.