Kukulka

Kukulka Sağlamlıq 5-11-2017, 19:22

Armudun sağlamlıq üçün 7 faydası

Armudun sağlamlıq üçün 7 faydası






Armud ən faydalı meyvələrdən biridir. Tərkibində vitaminlər, minerallar, qidalı liflər, orqanik turşular və digər faydalı maddələr var.

1. Armud qidalı liflərlə olduqca zəngindir. Bu liflər bağırsaqların normal fəaliyyətinə kömək edir, bağırsaqları təmizləyir, qəbizliyin qarşısını alır.

2. Armudda fol turşusu (B9 vitamini) çoxdur. Bu vitamin insanın qanyaratma sistemi üçün çox vacibdir. Həmçinin, fol turşusu hamiləlik zamanı ən vacib vitamin sayılır. Bu vitamin döldə anadangəlmə qüsurların inkişafının qarşısını alır.

3. Armud kaliumla zəngindir. Bu mineral ürək üçün olduqca faydalıdır, ürəyin fəaliyyətini yaxşılaşdırır, ritmini tənzimləyir.

4. Armud yüngül sidikqovucu təsirə malikdir.

5. Armud kişilər üçün çox faydalıdır. Xalq təbabətində armud kompotu və armud çayı prostatit zamanı və bu xəstəliyin profilaktikası məqsədilə istifadə olunur.

6. Armud C vitamini ilə zəngindir. Bu vitamin damarların sağlamlığında çox böyük rol oynayır.

7. Armud K vitamini ilə zəngindir. K vitamini damarlarda trombların əmələ gəlməsinin qarşısını alır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
840 838 728 639 714 832

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.