ABŞ-dan sərt addım: 31 gəmi geri qaytarıldı
ABŞ ordusu dəniz blokadası başladıqdan sonra İran limanlarına istiqamətlənən və ya ölkə sahillərini tərk etməyə çalışan 31 gəmini geri qaytarıb. Sun.Az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sosial media hesabında məlumat yayıb.
Açıqlamada bildirilib ki, İranın dəniz blokadası çərçivəsində ABŞ qüvvələri 31 gəmidən geri dönməyi və ya limana qayıtmağı tələb edib.






