ice berg

ice berg Avto Dünya 24-04-2026, 14:00

140 min pikap geri çağırılır

140 min pikap geri çağırılır

"Ford" şirkəti ABŞ-də təhlükəsizlik səbəbilə iri miqyaslı geri çağırma qərarı verib.

 

Loading.aZ xarici mətbuata istinadən xəbər verir ki, şirkət naqillərlə bağlı potensial nasazlıq ehtimalına görə təxminən 140 min "Ford Ranger" modelini servislərə dəvət edir.

 

Məlumata əsasən, problem avtomobillərin salon hissəsində - günəşlik və ya tavan örtüyündə yerləşən naqillərin zədələnməsi ilə bağlıdır. Bu hal qısaqapanma yaradaraq yanğın riskini artıra bilər. Rəsmi dilerlər avtomobillərdə yoxlama aparacaq, zəruri hallarda isə nasaz hissələri dəyişdirəcəklər.

 

Qeyd olunur ki, bu barədə məlumat Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi (NHTSA) tərəfindən yayılıb.

 

Xatırladaq ki, şirkət son aylarda bir neçə dəfə oxşar problemlərlə gündəmə gəlib. Daha əvvəl proqram təminatındakı nasazlığa görə ABŞ-də təxminən 1.4 milyon "Ford F-150" modeli də geri çağırılmışdı. Bu hadisələr fonunda ilin əvvəlindən bəri "Ford"un bazar dəyəri 2.6 faiz azalaraq 51 milyard dollara enib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
116 144 121 138 137 140

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.