6 noyabr üçün astroloji proqnoz

Qoç
Çətin bir gündür. Başqa vaxt asanliqla öhdəsindən gəldiyiniz işlər belə tamamilə icrası mümkün olmayan görünürlər. Fikir ayrılıqları və mübahisələr yaranır. Siz nəzakətli və səbirli olsanız bir çox münaqişələrdən qaça bilərsiniz.
Pulla bağlı problemlər yarana bilərlər. Məsələn, müntəzəm pul daxil olmalarının ləngiməsinə görə planlaşdırılmış almanı təxirə salmaq lazım olacaq. Amma belə çətinliklər müvəqqətidir, tezliklə hər şey qaydaya düşəcək. Sadəcə gözləmək lazımdır.Səbirli olun.
Buğa
İşlərdə müvəffəqiyyətə insanlarla yola getmək bacarığınızın sayəsində nail olursunuz. Siz hər kəslə ümumi dil tapırsınız. Xoş təəssürat yaradırsınız. Bəzən təbəssüm və mehribanlığın arxasında siz səbəbini bilmədiyiniz həyəcanınızı gizlədirsiniz.Hər bir xırda işin icrasına başlamadan öncə hər şeyi bir daha yoxlayın.Unutduğunuz bir şey olmadığından əmin olun .
Əhəmiyyətli qərarlar alarkən tələsməyin. Yüz ölçüb bir biçin.Plansız işlərə girişməyin.
Əkizlər
Uğurlu gündür. Xoş sürprizlər , pozitiv emosiyalara dolu bir gün olacaq. Bütün işlər diqqət tələb edir. İxtiraçılığınız sizi tez-tez pis vəziyyətlərdən qurtarır. Onun sayəsində siz çox problemlərin gözlənilməz, amma çox effektiv həlli üsullarını tapırsınız.
Əlverişli sazişlər ehtimal ediləndir. Maliyyə və əmlakla bağlı istənilən qərarları qəbul etmək olar: siz səhv etməyəcəksiniz. Şəxsi münasibətlərdə isə səhvlər və yanlış qərarlar istisna edilməmişdir.
Xərçəng
Qərarsızsınız. Dəyişikliklər və qətiyyətli hərəkətlər istəyirsiniz, amma vəziyyət səbirli olmanızı tələb edir. Sizi dəstəkləyən insanları incitmək çox asandır. İkimənalı zarafatlardan çəkinin.
Gün oxumaq üçün, informasiyayla işləmək üçün uyğundur. Mürəkkəb məsələlərdən qorxmayın.Narahatlıqdan və tutqun fikirlərdən yayınmaq üçün işlərə fokuslanmaq faydalı olacaq.
Şir
Ümidverici, amma kifayət qədər çətin gündür. Problemlər müvəqqəti xüsusiyyət daşıyır. Ardıcıllıqla və tələsmədən hərəkət etsəniz siz onları asanlıqla həll edə biləcəksiniz. Boş şeylərə görə əsəbiləşməmək və vaxtında reaksiya vermək əhəmiyyətlidir. Vəziyyəti dəyişdirmək üçün bütün imkanlardan istifadə edirsinizsə , onda müvəffəqiyyət qazanacaqsınız.
Yeni ideyalar meydana çıxır, amma onların reallaşdırmağa tələsmək lazım deyil.Fikrləşmədən qəbul etdiyiniz qərarlarla siz itirməyə risk edirsiniz.
Qız
Həyəcanlanmasnız hər şey yolunda olacaq. Məhz sizin həyəcanınız ünsiyyətdə problemlərə səbəbi olur, əhatənizdəki insanlarla münaqişələrə gətirir. İdeyalarınızı bölüşməkdən çəkinirsiniz. Siz kəskin qeydlərdən qorxursunuz. Əslində sizin fikirləriniz prespektivlidir və onları müzakirə etmək yaxşı olardı.
Təlimatsız mürəkkəb texnikanı öyrənməyə və ya dolaşıq kulinariya reseptləriylə təcrübə aparmağa çalışmaq lazım deyil.
Tərəzi
Hər şey çətinliklə verilir, amma bütovlükdə siz vəziyyəti kontrol altında saxlayırsınız və öhdəsindən yaxşı gəlirsiniz .
İntriqaları , dedi-qoduları, gizli oyunları sevən insanlardan uzaq durmağa çalışın. Belə insanlarla ünsiyyət xoşagəlməz hadisələrlə nəticələnə bilər. Köhnə dostlara etibar etmək olar. Amma yenədə onlarla öz problemlərinizi bölüşməzdən əvvəl həqiqətənmi bunun lazım olub olmadığını bir daha düşünün.
Əqrəb
Həyatınızda nələri isə dəyişdirmək şansınız olacaq. Demək olar ki bunun üçün səy göstərməyəcəksiniz, ona görə bundan istifadə edin. İşgüzar sferada gözlənilməz irəliləyiş istisna edilməmişdir . Danışıqlar yaxşı keçir. Siz insanlarda maraq oyatmaq üçün nələri və necə təklif etmək lazım olduğunu anlayırsınız .
Sevdiyiniz insanla yola getmək asandır, siz yarımsözdən onu anlayırsınız. Yeni tanışlıqlar ehtimal ediləndir. Siz mehribansınız, xoş təəssürat yaradırsınız , çoxlarının xoşuna gəlirsiniz.
Oxatan
Siz çox çalışsanız müvəffəqiyyət qazanacaqsınız. Ulduzlar sizin tərəfinizdədir. Mürəkkəb məsələlərin həllini öhdənizə götürməyə qorxmayın.Şikayət etməyəcəksiniz, çünki çətin vəziyyətlərdən çıxış yolu tapırsınız. Dostlarınız sizə çox kömək edirlər. Onlardan bunu xahiş etmək belə lazım olmur.
Diqqət tələb edən monoton işdə çətinliklər yarana bilər. Sənədlərin rəsmiləşdirilməsi vaxtı problemlər, hesablamalarda səhvlər istisna edilməmişdir.
Oğlaq
Gün dostlarla xoş görüşlər və işgüzar partnyorlarla ahəngdar danışıqları vəd verir. Geniş miqyaslı və perspektivli ləlayihələrdə iştirak etmək şansınız olacaq. Çətin vəziyyətdə olmuş insanlara kömək etməyi bacaracaqsınız. Bu sizi çox şad edəcək.
Romantik görüşlər yaxşı keçəcək.Bu görüşlərin yaxşı keçməsi sizdən asılı olacaq. Bəzi Oğlaqlar çoxdan gözlənilən sevgi etirafını eşidəcəklər və özlərini çox xoşbəxt hiss edəcəklər.
Dolça
İşdə diqqətli olun: bu gün xoşagəlməz nəticələrə malik olacaq səhvlər buraxa bilərsiniz. Xüsusilə bu şəxsi bizneslə məşğul olan Dolçalara aiddir. Risk etməyin . Alqılarda tələsməyin.
Sağlamlıqla bağlı problemlər istisna edilməmişdir. Onların səbəbi – öz sağlamlığınıza laqeyd münasibətinizdir. Yüklənmələrdən çəkinmək daha yaxşıdır, indi onlar xüsusilə əhval-ruhiyyənizə əks təsir edirlər.
Balıqlar
Gün kifayət qədər xoş keçəcək. Hər şey yolunda gedir. İşdə təşəbbüs göstərmək, hansısa bir ideyaları təklif etmək olar. Amma bu təkliflərə tez reaksiya gözləmək lazım deyil. Sizin kolleqalarınıza fikirləşmək üçün vaxt lazımdır.
Əməkdaşlıq üçün uyğun gündür. Siz partnyorlarla asan ümumi dil tapacaqsınız və zamanla onlar əsl dost olacaqlar. Ev işlərinin öhdəsindən asan gələcəksiniz. Yaxınlarınız hər işdə həvəslə sizə kömək edirlər, onlara etibar etmək olar.






