Salam mənim sevgilim
salam mənim sevgilim
indi saat gecədir...
bilirsən mən dəliyəm
sənin halın necədir?
bilirsənmi vurulmaq
burda günah sayılmır...
dəlilərin çiynində
günahları yazılmır. bircə səni görməkdi
indi ən böyük dərdim
elə darıxmışam ki
gəlsən səni öpərdim...
Qismət Məsim






