Nika77

Nika77 Şeirlər 27-04-2026, 17:50

Gecənin göz yaşları

Gecənin göz yaşları

Gecələr gözləri dolan qəmli qız,

Görəsən nədəndir gecəni sevmir? 

Günəşin aşiqi günəbaxan tək, 

Gecələr başını dik tuta bilmir.

Yanaqdan dodağa süzülən yaşlar,

Nakam bir sevginin işarəsimi? 

Bir ömrə bərabər uzun gecələr, 

Çarəsiz bir eşqin xəbərçisimi?

Səhərlər gülərək oyanan gözlər,

Gecəni yenə də yaş ilə dolur.

Gündüzlər üzündə açılan güllər,

Hər gecə gələndə yenidən solur.

Hər gecə sevdiyi o musiqini,

Dinləyir ağladır yorğun gözləri.

Hərdən də güzgüdə baxır saçına,

Necə də ağarıb o gündən bəri.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
127 120 143 113 145 132

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.