Həyat xoşbəxtliyi məndən almısan
Quruyub nitqim tutulur gözüm,
Baxıb heyrətlərə gəlirəm özüm,
Məchul bir xəyala çevrildi sözüm,
Vaxtsız ürəyimə kədər salmısan,
Həyat xoşbəxtliyi məndən almısan.
✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️
Yandı ürəyimin başı göynədi,
Bir kimsə bu qərib canı sevmədi,
Dərd çəkən bu canım niyə ölmədi,
Əcəlin zəngini bivaxt çalmısan,
Həyat xoşbəxtliyi məndən almısan.
✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️
Ömür qocalığa doğru yol aldı,
Yaxşı olacaq sözü indi xəyaldı,
Dünya gözlərimdə dondu qaraldı,
Nə yaman düşnüb fikrə dalmısan,
Həyat xoşbəxtliyi məndən almısan.
✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️
Zalım saçalarımı ağartdı hədər,
Söykənib əsama durdum bir qədər,
Əzablar çəkəcəm daha nə qədər,
Şair saçlarına ağ dən salıbsan,
Həyat xoşbəxtliyi məndən almısan.
İlkin Zahidoğlu






