Qurudu çox gözün mirvari suyu
Şikəst bir bədəndə yaralı ürək,
Daşıyır hər insan bir ömür boyu,
Büdrəyib yollarda yıxılmadı heç,
Qurudu çox gözün mirvari suyu.
✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️
Biz mehrac edirik xuda eşqiylə,
Qaranlıq aləmə o nur yağdırar,
Bizi bir gün alar öz dərgahına,
Gizli qalmaz heçnə tez agah olar.
✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️
Dərdi verən Allah dərmanın verir,
Təbiblər loğmanlar tapmasa çarə,
Bəndələr imtahan verir canıyla,
Vədi dolan insan gedir məzarə.
✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️
Bədbin olmayın heç gülün sevinin,
Kim bilir ömrünün sonu haçandı,
Sıxmayın ürəyi günahsızdır o,
Birdə görərsən ki qəfil dayandı.
İlkin Zahidoğlu






