Nika77

Nika77 Şeirlər 29-04-2026, 17:30

Vahid Əziz

Vahid Əziz

Get-gedə duyuram bir həqiqəti;

Düşmənəm taleyin zarafatıyla, 

Qəlbində tutduğun xain niyyəti

Mənə danışmışdın yuxu adıyla.

Gör necə qaraldı eşq ocağımız!

Gərək sevməyimə peşman edəydin? 

Sənə gərəkdirsə ayrılmağımız-

Bunu adam kimi deyib gedəydin.

Yenə də duyuram əsən küləkdən-

Hər gün küçəmizdən gəlib kecirsən, 

Viran etdiyində tənhayam,təkəm;

 Amma sən bilmirsən hara köçürsən.

Sonuncu yandırdım qəmli səklini,

Çətin ki,çıxarsan birdə sözümdən, 

Daha etibardan düşmüş dost kimi, 

Təmiz araladım səni özümdən....

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
127 120 176 132 125 157

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.