ice berg

ice berg Xəbərlər 30-04-2026, 13:00

May ayında 5 gün ardıcıl iş olmayacaq

May ayında 5 gün ardıcıl iş olmayacaq

May ayında Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq.

 

Loading.aZ xəbər verir ki, Nazirlər Kabinetinin 2 dekabr 2025-ci il tarixli qərarına əsasən, bu il mayın 27, 28-i Qurban bayramıdır.

Müstəqillik günü (28 may) iş günü hesab edilmir. Əmək Məcəlləsinə görə, Qurban bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir.

 

Bu il Qurban bayramı Müstəqillik günü ilə üst-üstə düşdüyü üçün növbəti gün – 29 may istirahət günü olacaq. Eyni zamanda bu il 30 may şənbə, 31 may bazar gününə təsadüf edir. Beləliklə, 27, 28, 29, 30 və 31 mayda ardıcıl iş olmayacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
102 91 81 128 85 105

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.