AzizA

AzizA Sağlamlıq 3-05-2026, 17:30

Melatonin və maqneziumun yuxu üçün təsirsiz olduğunu göstərib - Araşdırma

Melatonin və maqneziumun yuxu üçün təsirsiz olduğunu göstərib - Araşdırma

Yeni araşdırma göstərib ki, milyonlarla insanın istifadə etdiyi melatonin və maqnezium yuxuya getməni əhəmiyyətli dərəcədə yaxşılaşdırmır.

Loading.az xəbər verir ki, bu barədə məlumatı "The New York Times" yayıb.

Araşdırmaya görə, melatoninin təsiri halların təxminən yarısında plasebodan fərqlənmir və orqanizm zamanla süni hormona öyrəşərək öz melatonin istehsalını azalda bilər.

Maqnezium isə yuxu problemləri yalnız əzələ spazmları ilə bağlı olan şəxslər üçün müəyyən fayda verir.

Bundan əlavə, CBD tərkibli məhsulların (kannabis ekstraktlı yağların) yuxuya müsbət təsiri elmi şəkildə sübut olunmayıb.

Mütəxəssislər qeyd edir ki, keyfiyyətli yuxunun əsas düşmənləri xroniki stres, elektron cihazların yaydığı "mavi işıq" və nizamsız yuxu rejimidir.

Onların sözlərinə görə, sabit yuxu qrafiki və fiziki aktivlik isə heç bir xərc tələb etmədən yuxunun keyfiyyətini yaxşılaşdıra bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
117 124 115 161 127 113

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.