ice berg

ice berg Sağlamlıq 3-05-2026, 15:40

Məşhur içki sağlamlıq üçün təhlükəli hesab edilib

Məşhur içki sağlamlıq üçün təhlükəli hesab edilib

Son dövrlər məşhurlaşmış köpüklü çay ("bubble tea") sağlamlıq üçün təhlükəli hesab edilib. Məlum olub ki, bu içkinin tərkibinə əlavə edilən tapioka dənələri bəzi hallarda bağırsaq keçməzliyinə və boğulmaya səbəb olur.

 

Loading.aZın xəbərinə görə, rusiyalı mütəxəssis Yekaterina Titova yerli "Telegram" kanallarından birinə müsahibəsində danışıb.

 

Onun sözlərinə görə, söhbət zamanı və ya tələsərkən tapioka qəbul etmək ona gətirib çıxara bilər ki, böyük, yapışqan dənələr qida borusu əvəzinə tənəffüs yollarına daxil bilər. Bu da asfiksiya (boğulma - kəskin tənəffüs çatışmazlığının ən ağır forması - red.) ilə nəticələnə bilər.

 

Mütəxəssis, həmçinin xəbərdarlıq edib ki, bu dənəciklərdən həddindən artıq yeyildikdə və kifayət qədər su içilmədikdə, onlar yapışaraq topa halında birləşə və bağırsaq keçməzliyi yarada bilər.

 

Yekaterina Titova, həmçinin beş yaşa qədər uşaqlara tapiokanı tövsiyə etməyib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
126 134 129 143 109 119

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.