ice berg

ice berg Şeirlər 3-05-2026, 23:00

Salam, mənim əzizim indi saat gecədir

Salam, mənim əzizim indi saat gecədir

Salam, mənim sevgilim, indi saat gecədir.

Bilirsən, mən dəliyəm, sənin ağlın necədir?

Bilirsənmi, vurulmaq, burda günah sayılmır..

Dəlilərin çiynində günahları yazılmır.

Bircə səni görməkdi indi ən böyük dərdim,

Elə darıxmışam ki.. Gəlsən səni öpərdim..

Burda hər yer zəncirdi, bağla, yatsın həsrətin.

Gəl birlikdə çıxardaq dəliliyin ləzzətin..

Bir az da dəli olsam, işim rahatdı gülüm.

Tək otaq verəcəklər, səni tənha düşünüm.

Elə rahat gəzirəm saçlarım darmadağın.

Siqaret tüstüsündən sapsarıdı barmağım.

Səhv danışsam bağışla, ağlamağa hazıram.

Axı dəli olmuşam bilmirəm nə yazıram..

Salam, mənim əzizim indi saat gecədir.

Bilirsən, mən dəliyəm, sənin halın necədir?

Gəl.. Göylərə baxıram yanıram ölmək üçün..

Bir az ağıl saxladım, səni gözləmək üçün...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
192 153 205 170 161 180

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.