Zelenski və Paşinyan İrəvanda görüşdü: qısa dialoq diqqət çəkdi
Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən Avropa Siyasi Birliyinin (EPC) sammiti çərçivəsində görüşüb. Sun.Az
xəbər verir ki, görüşün görüntüləri Armenpress xəbər agentliyinin YouTube kanalında yayımlanıb.
Məlumata görə, Paşinyan Zelenskinin jurnalistlərlə söhbətindən sonra onunla qısa görüş keçirib. Tərəflər əl sıxaraq təxminən altı saniyəlik qısa dialoq aparıblar.
Görüş zamanı Zelenskinin jest edərək qollarını açdığı və daha sonra Paşinyanın yanından uzaqlaşdığı müşahidə olunub.
Paşinyan daha sonra Telegram kanalında paylaşım edərək, "Ukrayna Prezidenti Volodimir Zelenskini salamlayıram", - deyə qeyd edib. O, paylaşımını Ukrayna və Ermənistan bayraqlarının emojiləri ilə müşayiət edib.






