AzizA

AzizA Programlar 6-05-2026, 09:30

“iOS” 26.5 ilə “iPhone”lara gələcək yeni xüsusiyyətlər bəlli oldu

“iOS” 26.5 ilə “iPhone”lara gələcək yeni xüsusiyyətlər bəlli oldu

“Apple” şirkəti “iOS” 26.5 və “iPadOS” 26.5 üçün son test versiyasını yayımlayıb.

Loading.az xəbər verir ki, son yeniləmə ilə istifadəçilər bir neçə yeniliklə qarşılaçacaqlar.

Məlumata görə, gözlənilən böyük Siri yenilikləri bu versiyada yoxdur və ehtimal ki, “iOS” 27-yə saxlanılıb.

“Apple Maps”də son axtarışlara əsaslanan “tövsiyə edilən məkanlar” funksiyası əlavə olunur.

Tətbiqdaxili reklamlar üçün texniki hazırlıqlar davam edir.

“iPhone” və Android arasında mesajlar üçün cihazdan-cihaza şifrələmə testləri yenidən aparılır.

Avropa Birliyində üçüncü tərəf ağıllı cihazların (saat, qulaqcıq və s.) “Apple” ekosisteminə daha yaxşı inteqrasiyası test edilir.

Bu yeniləmədə yeni ağıllı saat qayışlarına uyğun yeni divar kağızı əlavə olunur.

Qeyd edək ki, “iOS” 26.5-in ümumi versiyasının gələn həftə bütün istifadəçilərə təqdim olunması gözlənilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
137 137 190 134 142 102

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.