ice berg

ice berg Dəri və saç 6-05-2026, 13:00

Dəri sağlamlığı üçün ətir necə istifadə olunmalıdır?

Dəri sağlamlığı üçün ətir necə istifadə olunmalıdır?

Gündəlik istifadə olunan ətir və dezodorant məhsullarının düzgün tətbiqi ilə bağlı mütəxəssislər vacib məqamlara diqqət çəkirlər. Onların sözlərinə görə, ətirin birbaşa dəriyə vurulması bəzi hallarda arzuolunmaz təsirlərə səbəb ola bilər.

 

Loading.aZ xəbər verir ki, dermatoloqlar bildirir ki, ətirlərin tərkibində olan spirt və kimyəvi maddələr həssas dəridə qıcıqlanma, quruluq və allergik reaksiyalar yarada bilər. Xüsusilə günəş şüalarına məruz qalan nahiyələrə vurulduqda dəridə ləkələrin əmələ gəlməsi riski artır.

 

Mütəxəssislər tövsiyə edirlər ki, ətir birbaşa dəriyə deyil, daha çox geyim üzərinə və ya dəri ilə təması minimum olan nahiyələrə tətbiq olunsun. Əgər dəriyə vurulacaqsa, əvvəlcə kiçik bir sahədə yoxlanılması məsləhətdir.

 

Bundan əlavə, açıq yaralara, həssas və ya zədələnmiş dəriyə ətir vurmaq qətiyyən tövsiyə olunmur. Bu, vəziyyəti daha da ağırlaşdıra bilər.

 

Həkimlər qeyd edirlər ki, düzgün istifadə qaydalarına əməl etməklə həm dərini qorumaq, həm də ətirin təsirini daha uzun müddət saxlamaq mümkündür. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
146 133 145 126 153 116

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.