Zəlimxan Yaqub -Mən sənin qəlbinə necə yol tapım?
Gəl, mənim ömrümün şirin dünyası,
Məhəbbət adlanan pirin dünyası.
Açılsın üzümə sirr-söz dünyası,
Mən sənin qəlbinə necə yol tapım?
Məhəbbət adlanan pirin dünyası.
Açılsın üzümə sirr-söz dünyası,
Mən sənin qəlbinə necə yol tapım?
Gör neçə vaxtdır ki, səni gəzirəm,
Deyirsən dözəsən – mən də dözürəm.
Bilmirsən, mən səni necə sevirəm,
Mən sənin qəlbinə necə yol tapım?
Deyirsən dözəsən – mən də dözürəm.
Bilmirsən, mən səni necə sevirəm,
Mən sənin qəlbinə necə yol tapım?
Tanrı sovqatımsan, din işığımsan,
Səhər şəfəqimsən, dan işığımsan.
Ömrümün-günümün yaraşığısan,
Mən sənin qəlbinə necə yol tapım?
Səhər şəfəqimsən, dan işığımsan.
Ömrümün-günümün yaraşığısan,
Mən sənin qəlbinə necə yol tapım?
Axtarıb tapsam da səni dünyada,
Bir ana bənzərsən, bir də övlada.
Çəksən də sən məni oda-fəryada,
Mən sənin qəlbinə necə yol tapım?
Bir ana bənzərsən, bir də övlada.
Çəksən də sən məni oda-fəryada,
Mən sənin qəlbinə necə yol tapım?
Sən bir dastan oldun, mən bir əfsanə,
Döndüm vüsalınla mən pərvanəyə.
Yolları bağlıdır hər bir yanə,
Mən sənin qəlbinə necə yol tapım?
Döndüm vüsalınla mən pərvanəyə.
Yolları bağlıdır hər bir yanə,
Mən sənin qəlbinə necə yol tapım?
Ay Allah, bu azar nə xoş azardı,
Ürək ağrılarım, könül əzabım.
Deyirəm sən idin mənim savabım,
Mən sənin qəlbinə necə yol tapım?
Ürək ağrılarım, könül əzabım.
Deyirəm sən idin mənim savabım,
Mən sənin qəlbinə necə yol tapım?






