Jafarova

Jafarova Şeirlər 8-05-2026, 15:30

Samir Cəbrayıllı (Mən sənə nə şeir nə qəzəl yazım)

Samir Cəbrayıllı (Mən sənə nə şeir nə qəzəl yazım)

Mən sənə nə qəzəl,nə şeir yazım?

Yazdığım şeirim,Sözümsən mənim,

Mən necə deyim ki səninəm indi?

Onsuzda sən elə özümsən mənim..)

Nə gözəl sevirsən adam sevəndə,

Ayrılıq düşünmək yaraşmaz bizə.

Ayrılıq  natamam yaşasa əgər,

Vallah ayıb olsun hər ikimizə..)

Gözlərin danışsın bir nəğmə kimi,

Hər bir baxışının bəstəsiyəm mən.

Deyirsən nəyimi sevirsən mənim.?

Məni sevməyinin xəstəsiyəm mən.


Bir dəfə sən mənim gözümə gülsən,

Bax onda sən məni,məndən alarsan.

Ən gözəl mən səni sevdim Əzizim,

Gedib özgəsində heyif olarsan..!)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
132 105 149 129 156 174

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.