ice berg

ice berg Maraqlı 11-05-2026, 20:00

İllərdir səhv bilirmişik - Dünyanın ən hündür dağı Everest deyilmiş

İllərdir səhv bilirmişik - Dünyanın ən hündür dağı Everest deyilmiş

Uzun illərdir dünyanın ən hündür dağı hesab edilən Everestlə bağlı maraqlı fakt ortaya çıxıb.

 

Loading.aZ Musavat.com-a istinadən xəbər verir ki, alimlərin sözlərinə görə, ölçü üsulundan asılı olaraq bu titul əslində Havay adalarında yerləşən Mauna Kea dağına dünyanın ən hündür dağına aid ola bilər.

 

Everest dəniz səviyyəsindən 8 848 metr hündürlüyü ilə rekordçu sayılsa da, Mauna Kea okeanın dibindən zirvəsinə qədər ölçüldükdə təxminən 10 200 metrə çatır. Bu isə onu Everestdən daha böyük dağ kütləsinə çevirir.

 

Mütəxəssislər qeyd edirlər ki, Everest yenə də “dəniz səviyyəsindən ən yüksək zirvə” statusunu qoruyur. Lakin dağın ümumi hündürlüyü bazadan hesablandıqda, Mauna Kea birinci yerdə qərarlaşır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
144 104 108 121 129 142

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.