_Gйпеl_

_Gйпеl_ İslam Dini 12-05-2026, 20:30

Təvəkkül 🫀

Təvəkkül 🫀

Musa əleyhis-sələm Misirdən çıxıb Mədyənə getdikdə nə yeməyi vardı, nə evi, nə pulu, nə də zövcəsi.

Tək idi, yorğun idi, amma ümidsiz deyildi.


Mədyənə çatanda heyvanlarına su vermək istəyən iki bacını gördü. Onlara kömək etdi.

Sonra bir ağacın kölgəsinə çəkildi və ürəyinin bütün ağırlığı ilə dedi:


“Ey Rəbbim! Sənin mənə nazil edəcəyin xeyrə ehtiyacım var!”

(رَبِّ إِنِّي لِمَا أَنْزَلْتَ إِلَيَّ مِنْ خَيْرٍ فَقِيرٌ)


Bu, kasıbın duası idi.

Bu, yorğunun duası idi.

Bu, tam təvəkkülün duası idi.


Və Allah ona təkcə yemək yox,

ev də verdi, 10 illik iş təklifi də verdi, zövcə də verdi, sabitlik də verdi.


Bəzən yoxluq kimi görünən şey,

əslində Allahın lütfünün başlanğıcı olur… 🤍

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
163 162 152 141 116 151

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.