İslam əxlaqı
*İSLAM ƏXLAQI.*
_💎 Uca Allah Loğmanın oğluna etdiyi nəsihət barəsində buyurur:_
*“İnsanlardan təkəbbürlə üz çevirmə.”*
_📖 Loğman surəsi ayə, 18._
_⛰️ İbn Kəsir (rahiməhullah) demişdir:_
_“Yəni, insanlarla danışanda və ya onlar səninlə danışanda üzünü onlardan çevirmə. Bu, onları kiçik görmək və onlara qarşı təkəbbür göstərmək deməkdir. Əksinə, onlara qarşı yumşaq davran, onlara qarşı gülərüz ol._
*💫 Necə ki, hədisdə buyurulmuşdur: Qardaşınla qarşılaşanda üzün gülərüz olsun."*






