Bəs onda biz nəyə gətirdik iman?!
Dəyərsiz, keçəri dünya deyirik.
Amma bu dünyanı mənimsəyirik,
Nəfsə uyub neçə qəlbə dəyirik,
Bəs hanı şəriət, bəs hanı İslam?
Bəs onda biz nəyə gətirdik iman?
Yaman düşdük bu dünyanın şərinə,
Şərdə üzüb batmaqdayıq dərinə.
Hörmət də azalıb bir-birimizə,
Qalmayıb nəvaziş, yoxdur ehtiram.
Bəs onda biz nəyə gətirdik iman?
Kafirə mülayim, qardaşa sərtik.
Əməldə naqisik dildə isə mərdik,
Axi cahillikdən haqqa yönəldik.
Belə əmr etdi haqqı Göndərən ?!
Bəs onda biz nəyə gətirdik iman?
Saydıq özümüzü Allahın qulu,
Deyirik yolumuz Muhəmməd yolu,
Baxsaq həyatımız haramla dolu.
Nə sünnə belədir, nə də ki Quran,
Bəs onda biz nəyə gətirdik iman?
Etdiyimiz günah görünmür gözə.
Arxayınlıq gəlib qəlblərimizə.
Məğlub olmaqdayıq düşmənimizə,
Düşmən də nəfsimiz, başında şeytan
Bəs onda biz nəyə gətirdik iman?






