ice berg

ice berg İdman 18-05-2026, 10:00

Karvaxal “Real”dan gedir?

Karvaxal “Real”dan gedir?

"Real Madrid" futbol klubunun kapitanı Daniel Karvaxal mövsüm başa çatdıqdan sonra komandadan ayrılacaq.

 

Loading.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

 

Məlumata görə, klubla futbolçu arasındakı müqavilənin müddəti 2026-cı ilin yayında başa çatır. Bildirilir ki, ayrılıq qərarının təşəbbüskarı "Real" rəhbərliyidir.

 

34 yaşlı Karvaxal "kral klubu"nun yetirməsidir. Müdafiəçi cari mövsümdə komandanın heyətində 15 oyuna çıxıb.

 

Dani Karvaxal ümumilikdə "Real" forması ilə 449 matç keçirib, 14 qol vurub və 65 məhsuldar ötürmə edib.

 

O, altı dəfə UEFA Çempionlar Liqasının qalibi olub, dörd dəfə isə İspaniya çempionluğunu qazanıb.

 

İspaniya millisinin heyətində 52 oyun keçirən futbolçu bir qol müəllifi olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
122 77 91 110 113 122

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.