ice berg

ice berg Sağlamlıq 18-05-2026, 11:00

Yaşıl çay qaraciyərə zərər verə bilər - XƏBƏRDARLIQ

Yaşıl çay qaraciyərə zərər verə bilər - XƏBƏRDARLIQ

Yaşıl çay sağlamlıq üçün olduqca faydalı hesab olunur. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, hətta bu içkinin də bəzi yan təsirləri ola bilər.

 

Loading.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər apardığı araşdırma nəticəsində çay kolu bitkisinin tərkibində bəzi botanik toksinlər mövcudluğu məlum olub. Bu maddələr bəzi insanlarda metabolik reaksiyaya səbəb olaraq qaraciyərə zərər verə bilər.

 

Araşdırmanın məlumatına görə, yaşıl çay ekstraktı səbəbindən qaraciyər iltihabı ilə bağlı yüzdən çox hal qeydə alınıb. Bəzi hallarda yaşıl çayın istifadəsi, xüsusilə qadınlarda, hətta qaraciyər çatışmazlığına qədər gətirib çıxarıb.

 

Araşdırmalar zamanı məlum olub ki, yaşıl çayın səbəb olduğu qaraciyər iltihabı və çatışmazlığı hallarına olduqca nadir rast gəlinir. Buna görə də bu içkidən tam imtina etməyə ehtiyac yoxdur. Lakin onu həddindən artıq istifadə etmək də tövsiyə edilmir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
127 79 81 101 102 124

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.