ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK İdman 18-05-2026, 22:48

İran yığması Dünya Çempionatında iştirak edəcək

İran yığması Dünya Çempionatında iştirak edəcək

İran yığması Dünya Çempionatında iştirak edəcək

Türkiyədə İranla FIFA-nın yüksək səviyyəli rəsmiləri arasında yaxşı görüş keçirilib.

Duz.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ-ın İran millisinin bəzi futbolçularına viza verməməsi ilə bağlı yayılan iddialara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, FIFA ev sahibi ölkə tərəfindən bütün qaydalara riayət ediləcəyinə dair zəmanət verib.

“İrana bütün qaydaların ev sahibi tərəfindən icra ediləcəyi barədə zəmanət verilib”, - Bəqai bildirib.

O qeyd edib ki, İran millisinin Futbol üzrə Dünya Çempionatında iştirakına dair qərarlar İran İdman Nazirliyi və İran Futbol Federasiyası tərəfindən müxtəlif qiymətləndirmələr əsasında qəbul edilib.

Bəqai əlavə edib ki, milli komanda və texniki heyət üçün viza verilməsi FIFA qaydalarına əsasən ev sahibi ölkələrin öhdəliyidir.(APA)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
100 95 110 107 110 127

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.